Uşaq qatili Bakıya gəldi: çantasında nələr var? – TƏHLİL

Uşaq qatili Bakıya gəldi: çantasında nələr var? – TƏHLİL

İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Mayın 30-31-ni əhatə edəcək iki günlük səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur. Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edir.

Səfər zamanı iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi, həmçinin İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbirin olması gözlənilir.

Vacib tarixi səfər

Səfər ilə bağlı ilk diqqətçəkən məqam bu səfərin İsrail mediasında geniş şəkildə tirajlanmasıdır. Belə ki, İsrail mediası “İranla həmhüdud şiə müsəlman ölkəsi olan Azərbaycana iki günlük səfəri” vacib tarixi səfər adlandırır.

Aydın məsələdir ki, rəsmi Təl-Əviv Bakını özü üçün etibarlı tərəfdaş kimi görür. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, İsrail ilə hər zaman müsbət əlaqələr qurub, münasibətləri artan dinamikada inkişaf etdirib.

Təsadüfi deyil ki, bir ay əvvəl İsrailin xarici işlər naziri Eli Kohen Bakıya səfər etmiş, Prezident İlham Əliyevlə görüşmüşdü. Həmin səfər zamanı iki ölkə arasında bir çox sahədə sazişlər imzalanmışdır. Bunların içərisində su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, energetika sahələrində əməkdaşlıq sazişləri xüsusi diqqət çəkirdi.

Nəzərə alsaq ki, iki günlük səfər zamanı Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edir, deyə bilərik ki, yeni sazişlərin imzalanması mümkündür.

İsrail prezidentinin dəvəti

İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gəlib. Mümkündür ki, iki ölkə başçısının görüşü zamanı Hersok Əliyevi İsrailə səfərə dəvət etsin.

Prinsip etibarilə Hersok bundan öncə iki ölkə münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə bağlı İlham Əliyevə ünvanladığı məktubda onu İsrailə səfərə dəvət etmişdi.

“Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfirliyimizin açılması üçün də bir fürsət ola bilər” – Hersok demişdi.

Martın 29-u Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılışı oldu.

Səfirliyin açılışında xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Eli Kohen ilə yanaşdı Azərbaycan parlamentinin bəzi üzvləri, tanınmış simalar iştirak etsə də ölkə başçısı bu açılışda iştirak edə bilməmişdi. Bu baxımdan mümkündür ki, İshak Hersoq Azərbaycan Prezidentini yenidən İsrailə səfərə dəvət etsin.

Azərbaycan ilə İsrail arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf etsə də rəsmi Bakı Qüds, Qəzza və Fələstin məsələsində hər zaman ehtiyatlı mövqe sərgiləyib. Rəsmi Təl-Əviv bunu anlayışla qarşılayıb. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İsrailə səfər etsə həm də Fələstinə səfər etməlidir. Bu baxımdan bu səfər hələ ki, baş tutmur. Lakin dəyişən reallıqlar fonunda baş tutması da mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eleven =