Uşaqlar arasında bu xəstəlik yayılıb – HƏKİMDƏN XƏBƏRDARLIQ – VİDEO

Uşaqlar arasında bu xəstəlik yayılıb – HƏKİMDƏN XƏBƏRDARLIQ – VİDEO

Son dövrlər uşaqlar arasında dəri-zöhrəvi xəstəliklərə yoluxma halları artıb.

BAKU.WS xəbər verir ki, bu sözləri TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin şöbə müdiri Huriyyə Qarayeva deyib.

O bildirib ki, bunlardan, əsasən, psoriaz, vitiliqo, allergik dermatitlər, qoturluq, göbələk və bir sıra yoluxucu dəri xəstəliklərini göstərmək olar: “Yoluxucu xəstəliklər olan qoturluq, göbələk daha çox yaz-yay aylarında müşahidə olunur. Göbələk xəstəlikləri, əsasən, it-pişik kimi heyvanlardan, bölgələrdə isə daha çox mal-qaradan yoluxa bilər. Göbələk xəstələrində mütləq mikoloji müayinə aparılmalıdır”.

Ətraflı “Real TV”-nin videomaterialında izləyə bilərsiniz:

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + twelve =