Uşaqlar üçün peyvənd iynələri Qəzzəyə daxil oldu

Uşaqlar üçün peyvənd iynələri Qəzzəyə daxil oldu

Fələstin Səhiyyə Nazirliyi uşaqlar üçün peyvənd gətirən yük maşınının Qəzzəyə daxil olduğundan xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Misirlə Rəfəh sərhəd keçidi vasitəsi ilə gələn tibbi preparatlar Qəzzənin indiki vəziyyətində körpə uşaqların müxtəlif keçici xəstəliklərdən qorunması üçün nəzərdə tutulub.

Fələstin Səhiyyə Nazirliyinin bu günə (1 yanvar) olan məlumatına görə tibbi yardım poliomielite və qızılçanın qarşısını almaq üçün peyvəndlər Qəzzə körpələrinə vurulacaq və bu vaksinlər təxminən 14 aya qədər kifayət edə bilər.

Reutersin məlumatına görə İsrailin Qəzzəyə qurudan hücuma keçməsi və xəstəxanaların bombardman edilməsi ilə körpə uşaqlara vaksin xidmətləri dayandırıldığı üçün uşaqların sağlamlığı daha da təhlükə altındadır.

Səhiyyə nazirliyi bu vaksinlərin vurulması üçün bir az çətinliklərlə üzləşəcəkləri barədə məlumat yayaraq elan edib ki, Qəzzə xalqı evlərindən didərgin düşdükləri üçün uşaqların peyvənd edilməsi prosesi bir o qədər də asan iş olmayacaq.

Qeyd edək ki, bu vaksinlər UNİCEF tərəfindən Qəzzə uşaqları üçün göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =