Uşaqlıq həvəsini öz işinə çevirən adam-Video

Uşaqlıq həvəsini öz işinə çevirən adam-Video

Təhsilindən asılı olmayaraq, hər bir şəxs gəlir götürmək məqsədi ilə müxtəlif işlərlə məşğul olur. Kimisi alver edir, kimisi satıcı işləyir, kimisi öz əlinin zəhməti ilə hazırladığı müxtəlif əşyaları satıb çörək qazanır. Bu sujetimizin qəhrəmanı isə uşaqlıq həvəsini öz işinə çevirib.

APA TV-nin yerli bürosunun məlumatına görə, Göyçay sakini Sahib İsmayılov daim yüksəkliklərdə işləyir. Qəzalı vəziyyətdə olan hündür ağacları budayır, qalan oduncaqlardan məişət əşyaları hazırlayır. Müsahibimiz deyir ki, hündürlüyə qalxmağa uşaq yaşlarından həvəsi olub. Yerdən yüksəkdə işləməyi çox maraqlı və həyəcanverici hesab edən Sahib kişi deyir ki, yüksəklikdə olmaq onu heç vaxt qorxutmayıb.

59 yaşlı müsahibimiz əsasən texnika ilə qalxmaq mümkün olmayan ərazilərdə işləyir. Sahib kişi yalnız ağacları kəsmir, həm də yüksək dirəklərdən asılan bayraqlarımızı dəyişir.

Həmsöhbətimiz öz işi ilə yanaşı, elektrikli və motorlu texnikaları təmir edərək rayon sakinlərinin sevgisini və hörmətini qazanıb. Əvvəllər bu işdən daha çox gəlir götürən Sahib kişinin qazancı azalsa da, işinə olan sevgisi, marağı azalmayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 7 =