ÜST Çini malyariyaya qalib gələn ölkə elan edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çini malyariyaya qalib gələn ölkə kimi tanıyıb. Bu barədə Cenevrədə ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesus Pekini təhlükəli xəstəliklə ağır mübarizədən sonra qazandığı uğuru münasibətilə təbrik edərkən açıqlama verib.
“Bu gün Çin xalqını malyariyaya qalib gəlməsi münasibəti ilə təbrik edirik. Bu müvəffəqiyyət böyük zəhmətlə qazanılıb, onilliklər boyu davam edən məqsədyönlü və ardıcıl fəaliyyətdən sonra əldə edilib”, o deyib.
SalamNews