ÜST Qəzza tibb müəssisələrinin enerji təchizatı üçün 70 min litr yanacaq çatdırıb

ÜST Qəzza tibb müəssisələrinin enerji təchizatı üçün 70 min litr yanacaq çatdırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tibb müəssisələrinin fəaliyyətini təmin etmək üçün Qəzzaya 70 min litr yanacaq çatdırıb.

“Report” “Al Jazeera”yə istinadən xəbər verir ki, bunu ÜST-ün rəhbəri Tedros Qebreyesus bildirib.

Qeyd edilib ki, yanacaq şəhərdəki 20 xəstəxananın və təcili yardım maşınlarının işini təmin etməlidir.

Misirə Qəzzanın 95 min sakinini üç ay ərzində dərman preparatları ilə təmin edəcək təyyarə göndərilir. Bu yükün ardınca daha iki təyyarə təchizatla gələcək.

“Qəzzadakı vəziyyət çətin olaraq qalır, lakin komandalarımız təcili həyati ehtiyacları ödəmək və səhiyyə sisteminin tez bir zamanda bərpası üçün yardımları çatdırmağa davam edir”, – T.Qebreyesus deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 10 =