ÜST: Qəzzalı uşaqları poliomielit virusundan qorumaq üçün sülh zəruridir

ÜST: Qəzzalı uşaqları poliomielit virusundan qorumaq üçün sülh zəruridir

Qəzza sektorunda sülhün əldə edilməsi uşaqları poliomielit virusundan qorumaq üçün yeganə effektiv uzunmüddətli dərmandır.

Bu barədə Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

O, Qəzzada münaqişə tərəflərinin peyvəndlər zamanı humanitar fasilələr yaratmaq öhdəliyini alqışlayıb və hər iki tərəfin ona hörmətlə yanaşacağına ümid etdiyini vurğulayıb.

“Peyvəndləmə kampaniyasının sentyabrın 1-də başlanması planlaşdırılır. Biz müəyyən ərazilərdə humanitar fasilələr tətbiq etmək və kampaniyanın davam etməsi üçün evakuasiya əmrlərini dayandırmaq öhdəliyini alqışlayırıq. Ancaq yeganə uzunmüddətli dərman sülhdür. Qəzzanın bütün uşaqlarını qorumağın yeganə yolu atəşkəsdir”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 17 =