ÜST: Sudanda toqquşmalarda ölənlərin sayı 459-a çatıb

ÜST: Sudanda toqquşmalarda ölənlərin sayı 459-a çatıb

Sudanda toqquşmalarda ölənlərin sayı 459-a çatıb.

APA “Əl Cəzirə“yə istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bildirilib.

Məlumatda qeyd olunub ki, silahlı toqquşmalar nəticəsində 4 075 nəfər xəsarət alıb: “Sudanda ordu ilə xüsusi təyinatlılar arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 459-a yüksəlib, 4 075 nəfər yaralanıb, lakin düşünürəm ki, real rəqəmlər daha çoxdur”.

Əlavə olunub ki, Sudanda 14 tibb müəssisəsi hücuma məruz qalıb, həmçinin münaqişə tərəflərindən biri bioloji laboratoriyanı nəzarətə götürüb.

“Sudanda epidemiyanın, xüsusən də vəbanın yayılması ilə bağlı real risklər yaranıb”, – təşkilatdan bildirilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 4 =