Vətən müharibəsinin 31 nəfər iştirakçısına əlilliyin təyinatı aparılıb

Vətən müharibəsinin 31 nəfər iştirakçısına əlilliyin təyinatı aparılıb

Bu günə qədər Vətən müharibəsinin 31 nəfər iştirakçısına əlilliyin təyinatı aparılıb.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bugün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək agentliyin nəzdindəki müvafiq işçi qrupun üzvləri 3000-dək ailəni ziyarət edib: “Onların 300-dən çoxunun səhhətində geridönməz proseslərin olduğu müəyyən edilib”.

C.Əbbül-Qədirov bildirib ki, əlilliyin təyinatı aparılmış şəxslər 2-3 həftə ərzində reabilitasiya tədbirlərinə cəlb edilirlər.

REPORT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − ten =