Vətəndaş müharibəsi qaçılmazdır – Ekspert

Vətəndaş müharibəsi qaçılmazdır – Ekspert

“ABŞ-da ölkəni genişmiqyaslı vətəndaş müharibəsinin başlanmasına aparan problemlər sürətlə inkişaf edir”.

Publika.az xəbər verir ki, bu fikri iqtisadçı ekspert Mixail Xazin deyib.

Onun fikrincə, ABŞ-da mövcud olan sosial gərginliyin kökü iqtisadiyyat müstəvisindədir:

“Əsas problem odur ki, ölkədə mövcud vəziyyəti saxlamaq və dövləti inkişaf etdirmək üçün mənbə tükənib. Köhnə model özünü tamamilə tükətdi”

Xazib əlavə edib ki, Amerikada müxtəlif elit qruplar ştatların indiki çıxılmaz vəziyyətdən necə çıxacağı üzərində mübarizə aparır.
” Eyni zamanda, bu böhranı həll etməyin bütün yolları sırf radikal və rəqiblər üçün güzəştsizdir.

Amerika cəmiyyətinin müəyyən hissəsinin dəstəklədiyi elit qruplardan birinin hansısa variantı qalib gələn kimi, onun bütün digər hissələri kənarda qalacaq və böyük itkilərə məruz qalacaq. Bu faktın reallaşması ABŞ daxilində gərginliyi artırır. Amerikalılar qohumları və qonşuları ilə barışmaz mübahisələrə girirlər. Amerikalıların ölkənin gələcəyi ilə bağlı baxışları o qədər fərqlidir ki, bütün çəkişmələrə son qoymağın yeganə yolu vətəndaş müharibəsidir ki, bu artıq qaçılmazdır”, – deyə Xazin izah edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − twelve =