Vaşinqton İran və Şimali Koreyanın Rusiya texnologiyasını almasından narahatdır

Vaşinqton İran və Şimali Koreyanın Rusiya texnologiyasını almasından narahatdır

“ABŞ administrasiyası İran və Şimali Koreya hakimiyyətinin Rusiya texnologiyasını almasını istəmir və digər ölkələrlə birlikdə bunun qarşısını almağa çalışırlar”.

“Report” xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisinin müavini Ben Rods və Ağ Evin Milli Təhlükəsizlik Şurasının keçmiş nümayəndəsi Tommi Vitorla müsahibəsində deyib.

Dövlət Departamentinin rəhbəri Moskva ilə Pxenyan arasındakı təmasları şərh edib: “Biz istəmirik ki, Şimali Koreya və İran Rusiyadan əldə edə biləcəyi texnologiyadan faydalansın.

Biz digər texnologiya və silahların ötürülməsi cəhdlərinin qarşısını almaq üçün müstəqil tədbirlər görürük. Təbii ki, Rusiya ilə Şimali Koreya arasında hazırda inkişaf edən münasibətlər BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − six =