Vaşinqton Post: “ABŞ sanksiyaları İrana KOVID-19 peyvəndi almağa əngəl törədir”
Vaşinqton Post ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyaların, İranın KOVID-19 virusuna qarşı peyvəndi əldə etməsində çətinliklər yaratdığını bildirib. “Qlobal KOVID-19 peyvəndinin əldə edilməsinin təmiin edilməsi mexanizmi (COVAX) proqramının sözçüsü, İrana ABŞ tərəfindən qoyulmuş sanksiyalar istisna edilsə də, təhlilçilər İrana qarşı qoyulan maliyyə sanksiyalarının, İranın proqrama qatılmasına və müvafiq tibbi avadanlığın əldə etməsinə mane olduğu haqda xəbərdar edir.
“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, COVAX 76 zəngin ölkənin Ümumdünya Səhiyyə Təşkilatının rəhbərlik etdiyi qlobal proqrama qatılmağı vəd etdiyi, KOVID-19 peyvəndlərin hazırlanması üçün qlobal mexanizmdir. Proqramın məqsədi KOVID-19 virusuna qarşı vaksinlərin alınmasına və bərabər paylanmasına kömək etməkdir. Avropa ilə İran arasında ticarət diplomatiyasını dəstəkləyən media şirkətinin qurucusu İsfəndiyar Batmankılıç bildirib ki, Tramp administrasiyası İranın koronavirusa qarşı peyvəndin alınmasında pullarını istifadə etməməsi və maliyyə qurumlarının İran hesablarına girməsi üçün lazımi şəffaflığı və rəhbərliyi qəsdən təmin etmir. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın maliyyə sanksiyalarının İranın qlobal COVAX proqramında ilkin irəliləməsinə mane olduğunu söylədi.