Vaşinqton Təhriruş-Şam terrorçularını dəstəkləyir
Rusiyanın BMT-dəki nümayəndə heyəti ABŞ-ı Təhriruş-Şam terrorçularını dəstəkləməkdə, Suriya resurslarını oğurlamaqda və Suriya ərazisini işğal etməkdə itənqid edib.
Rusiyanın BMT-dəki nümayəndə heyəti ABŞ-ın Suriyanın şimalında İdlibdə Təhriruş-Şam terrorçularının mövqelərini gücləndirdiyini bəyan edib.
Nümayəndə heyətinin bəyanatında deyilir ki, ABŞ diplomatiyası Təhriruş-Şam terrorçuları tərəfindən əsir götürülmüş suriyalılara dəstək bəhanəsi ilə və Amerika xalqının vergiləri hesabına Təhriruş-Şama dəstək verir.
Bəyanatda deyilir: “Birləşmiş Ştatlar bu cinayətkarları yenidən yaratmağa çalışır və onları Dəməşq hökumətinə alternativ kimi görür.”
Rusiya nümayəndə heyəti bəyanatda qeyd edir ki, ABŞ təkcə Əl-Tənif bölgəsini deyil, Suriyanın bütün şimal-şərqini işğal edib. Həmçinin, bəyanatında deyilir: “Vaşinqton qanunsuz olaraq işğal etdiyi ərazilərdən çıxmalıdır. ABŞ Fərat çayının arxasındakı münbit torpaqları Dəməşq hökumətinə qaytarmalı və onun resurslarını oğurlamağa, o cümlədən, neft çıxarmağa və Suriyadan yük maşınları ilə nefti ölkədən daşımağa son qoymalıdır.”
Rusiya dəfələrlə ABŞ-ın Suriyadakı neft oğurluğunu və terrorizmi dəstəkləməsini beynəlxalq konfrans və forumlarda tənqid edib.