Vaşinqtonda 4 gün nələr müzakirə edilib? -Məxfi görüşün DETALLARI

Vaşinqtonda 4 gün nələr müzakirə edilib? -Məxfi görüşün DETALLARI



Publika.az
 xəbər verir ki, Ermənistan mediası diplomatik mənbələrə istinadən məlumatlar tirajlayır.

Ən diqqətçəkən məlumat “Hraparak” nəşrinin yazdıqlarıdır. Nəşr xarici mənbələrdən müəyyən məlumatların əldə edildiyini qeyd edir.

“Məlumatlar ümumi fikri formalaşdırır: Qarabağ məsələsi artıq danışıqlar masasında deyil, Ermənistan hakimiyyəti “statusu”, yaxud “öz müqəddəratını təyinetmə” məsələsini müzakirə etmir. Blinken də açıq mətnlə elan etdi ki, tərəflər hər iki ölkədə “etnik azlıqlar”ın hüquqlarının qorunması məsələsini müzakirə edirlər. Başqa sözlə, Qarabağ və Qarabağdakı ermənilərə sırf “etnik azlıqların hüquqları” nöqteyi-nəzərindən yanaşılır. İndi problem birbaşa Ermənistanla bağlıdır. Hakimiyyətin verdiyi mesajlar da belədir ki, onlar “Qarabağın müstəqilliyi” yox, “Ermənistanın mövcudluğu” ilə bağlı danışıqlar aparır. Belə görünür ki, İrəvanın Qarabağ məsələsində geri çəkilməsi belə Bakını razı salmır”, – nəşr yazır.

Politoloq Vladimir Martirosyan hesab edir ki, açıqlanmayan gizli məqamlar var və Ermənistan bununla razılaşıb: “Bu məsələlər bizim üçün sürpriz olmayacaq. Azərbaycan heç bir məsələdə geri çəkilməyəcək, Ermənistan yenidən güzəştlərə məcbur ediləcək”.

Politoloq Suren Zolyan hesab edir ki, Bakının tələbləri var:

“Bu, təkcə Qarabağla bağlı deyil. Onlar istəyir ki, Ermənistan “Qarabağ Azərbaycandır” desin, anklavlar geri qaytarılsın”, – Zolyan deyib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =