Vaşinqtonda iki israilli diplomat öldürülüb

Vaşinqtonda iki israilli diplomat öldürülüb

Vaşinqtonda Yəhudi Muzeyində baş verən atışmada İsrail səfirliyinin iki əməkdaşı həlak olub. Bildirilir ki, silahlı hücumu həyata keçirən Elias Rodriquez “Fələstinə azadlıq” şüarını səsləndirib.

Vaşinqtonda Yəhudi Muzeyində baş verən atışmada iki nəfər həlak olub.

NBC News-un yüksək vəzifəli hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, fəal saxlanılarkən “Fələstinə azadlıq” şüarını səsləndirib.

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem hücumda ölənlərin hər ikisinin İsrail səfirliyinin əməkdaşları olduğunu açıqlayıb.

İsrailin Vaşinqtondakı səfirliyinin sözçüsü Tal Naim Cohen, muzeydə keçirilən tədbir zamanı səfirliyin iki əməkdaşının “yaxın məsafədən” hədəf alındığını söylədi.

Saxlanılan zaman “Azad Fələstini” şüarları səsləndirən etirazçının hüquq-mühafizə orqanlarının məlumatına görə, İllinoys ştatının Çikaqo şəhərindən olan 30 yaşlı Elias Rodriquez olduğu müəyyən edilib.

Hücum zamanı muzeydə Amerika Yəhudi Komitəsinin təşkil etdiyi tədbirin keçirildiyi bildirilir.

İsrailin BMT-dəki səfiri Denni Danon hücumla bağlı verdiyi açıqlamada hadisəni “antisemitizm” adlandırıb:

“Diplomatlara və yəhudi icmasına qarşı hücumlar açıq şəkildə qırmızı xətti keçib. Əminik ki, ABŞ hakimiyyəti bu cinayəti törədənlərə qarşı sərt tədbirlər görəcək. İsrail dünyanın hər yerində öz vətəndaşlarını və nümayəndələrini qorumaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =