Vaşinqtonda qətllərin sayı son 17 ilin rekordunu qırıb

Vaşinqtonda qətllərin sayı son 17 ilin rekordunu qırıb

Vaşinqton rəsmiiləri bu il şəhərdə 200 qətl hadisəsi qeydə alıb ki, bu da son 17 ilin ən yüksək göstəricisidir.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Rəsmi statistikaya görə, 2004-cü ildə Vaşinqtonda 248, 2005-ci ildə isə 196 qətl hadisəsi baş verib. Sonrakı bir neçə ildə bu rəqəm əsasən azalıb. 2017-ci ildə Vaşinqtonda 116, 2018-ci ildə 160, 2019-cu ildə 166, 2020-ci ildə 198 qətl hadisəsi baş verib.

Cinayətkarlığın artmasının səbəbləri sırasında qanunsuz odlu silahların yayılması, məhkəmə sisteminin işində yaranan çətinliklərdir, məhbusların həbsxanalardan məcburi azad edilməsi göstərilir.

Qeyd edək ki, Vaşinqtonun əhalisi təxminən 689 min nəfərdir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 4 =