Vasitəçilər atəşkəs razılaşmasını əldə etməyə çalışdığı vaxtda, Qəzzada döyüşlər davam edir

Vasitəçilər atəşkəs razılaşmasını əldə etməyə çalışdığı vaxtda, Qəzzada döyüşlər davam edir

Birləşmiş Ştatlar, Qətər və Misir atəşkəs razılaşması əldə etməyə çalışsalar da, cümə günü Qəzza zolağının mərkəzində döyüşlər davam edib.

Associated Press-in çəkdiyi videoda Deyr Əl-Balahın şərqində səhər tezdən ağır silahlar və pulemyotlardan atəş səsləri eşidilib, küçələr demək olar ki, boş olub. Fələstinlilərin Mülki Müdafiə idarəsinin sözçüsü Mahmud Bassal İsrailin cənubdakı Xan Yunis şəhərində avtomobilə endirdiyi zərbə nəticəsində 4 nəfərin öldüyünü bildirib.

Bassalın cümə axşamı gecə saatlarında bildirdiyinə görə, bir gün əvvəl də İsrail ordusunun şimalda Qəzza şəhəri, cənubda Xan Yunis olmaqla, Qəzza zolağına etdiyi çoxsaylı zərbələr nəticəsində 24 nəfər ölüb.

O, zərbələr nəticəsində çox sayda insanın yaralandığını desə də, onların sayı barədə məlumat verməyib.

İsrail ordusu cümə günü səhər bildirib ki, cümə axşamı Qəzza zolağının mərkəzi və cənubunda gedən döyüşlər zamanı “onlarla” militantı öldürüb. İsrail ordusu Xan Yunisdə son bir həftə ərzində İsrailin cənubuna mərmilərin atıldığı ərazilərə də zərbələr endirdiyini bildirib.

Hərbi Hava Qüvvələri həmçinin Qəzza zolağı boyunca təxminən 30 hədəfə, o cümlədən Xan Yunis bölgəsindəki hərbi postlara, silah anbarlarına və hücum meydançalarına zərbələr endirdiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =