Vaxtından əvvəl pensiyaya çıxa bilərikmi?-Video

Vaxtından əvvəl pensiyaya çıxa bilərikmi?-Video

Bir çox ölkələrdə vətəndaşlar vaxtından əvvəl pensiyaya çıxa bilirlər. Bəs bizdə vəziyyət necədir? Hansı halda vaxtından əvvəl pensiyaya çıxa bilərik? Bu qərar nə qədər sərfəli sayıla bilər? Ümumiyyətlə, vaxtından əvvəl pensiyaya çıxmaq üçün hansı prosedurlardan keçməliyik?

İqtisadçı ekspert Pünhan Musayev deyir ki, ölkəmizdə pensiya üzrə məsələlər əmək pensiyası ilə bağlı qanunla nizamlanır. Qanuna əsasən, pensiya kapitalı toplanarsa, avtomatik olaraq pensiya təyinatı da olur.

İqtisadçı ekspert Elmir Səfərli deyir ki, bu mövzuya iki aspektdən baxmaq lazımdır. Birinci vətandaş, ikinci dövlət mənafeyindən:

Ekspert onu da dedi ki, dövlətin eyni anda bir neçə sahədə sosial müavinət verdiyini nəzərə alsaq, hazırda vaxtından əvvəl pensiyaya çıxmağı tələb etmək effektiv nəticə verməz.

Deputat Vüqar Bayramov isə düşünür ki, pensiya yaşına diferensial yanaşma tətbiq edilməlidir.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + four =