Venesuela ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələri birləşməyə çağırdı

Venesuela ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələri birləşməyə çağırdı

Venesuelanın BMT-dəki nümayəndəsi Samuel Monkada ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələri Vaşinqtonun addımının təsirlərini azaltmaq üçün birlikdə işləməyə dəvət edib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Samuel Monkada dünən (26 noyabr) BMT-nin Milli Təhlükəsizlik Şurasına videokonfransla müraciət edərək, hazırda ABŞ-ın birtərəfli sanksiyaları altında olan 29 ölkəni sanksiyaların təsirlərini azaltmaq üçün koalisiya qurmağa dəvət edib.

Monkada bu ölkələrdən İrana qarşı üç tədbir görməyi istəyib. Əvvəlcə məcburi və birtərəfli hərəkətlərə qarşı beynəlxalq koalisiyanın qurulmasını istəyib.

Venesuela nümayəndəsi, belə bir koalisiyanın sanksiyaların mənfi təsirlərini azaltmaq üçün əməliyyat təşkilatı olacağını söyləyib.

İkinci addım olaraq, Venesuela rəsmisi sanksiyalara qarşı BMT Baş Assambleyasına bir bəyanat vermək üçün səyləri ikiqat artırmağı istəyib.

Üçüncü addımın isə, BMT Təhlükəsizlik Şurasını sanksiyaların “beynəlxalq sülh və təhlükəsizliyə” qarşı yaratdığı təhlükəni mütəmadi olaraq nəzərdən keçirməyə dəvət etmək olduğunu bildirib: “ABŞ hökumətinin BMT-nin 29 üzv ölkəsinə qarşı məcburi və birtərəfli hərəkəti BMT Nizamnaməsini və beynəlxalq qanunları pozur. Bu hərəkətlər beynəlxalq sülhü təhdid edir və insan cəmiyyətinin üçdə birinin insan hüquqlarını pozur”.

Monkada çıxışının başqa hissəsində ABŞ-ın sanksiyalarını tənqid edərək, belə deyib: “ABŞ-ın daxili qanunlarını sanki universal qanunlar kimi tətbiq etmək istəməsi iddiası, bütün beynəlxalq münasibətlər sistemi üçün təhlükə yaradır. Bu cür iqtisadi təcavüzə məruz qalan bütün ölkələr xalqlarının əzablarına son qoymaq üçün birlikdə çalışmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + ten =