Venesuela ABŞ-ın sanksiyalarına qarşı yeni plan hazırlayır

Venesuela ABŞ-ın sanksiyalarına qarşı yeni plan hazırlayır

Venesuelanın prezidenti Nikolas Maduro ABŞ sanksiyalarının ölkəsinin iqtisadi sektorlarına təsirinə qarşı yeni qanun layihəsi üzərində işlədiyini açıqlayıb.Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Maduro Tvitter səhifəsində bunları yazıb: “Anti-sanksiya qanunu üzərində işləyirik … Bu ABŞ-ın cinayət sanksiyalarına qarşı konstitusiya müddəasıdır. Bu qanunu çərşənbə axşamı parlamentə təqdim edəcəyik”.

Maduronun bildirdiyinə görə, ABŞ-ın sanksiyaları nəticəsində ölkədəki müxtəlif iqtisadi sahələrin nə qədər ziyan çəkdiyini müəyyənləşdirmək üçün yeni sorğu keçiriləcək.

Venesuela prezidenti yeni qanunun ABŞ sanksiyalarının mənfi iqtisadi, maliyyə və sosial təsirlərini azaldacaq tədbirləri əhatə edəcəyini də açıqlayıb.

Xatıradaq ki, ABŞ Maliyyə Nazirliyi keçən həftə sanksiya siyahısına daha 5 Venesuela rəsmisini əlavə etmişdi.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − three =