Venesuela və İran həmrəyliyi ABŞ sanksiyalarına qarşı effektiv müqavimət mexanizmidir

Venesuela və İran həmrəyliyi ABŞ sanksiyalarına qarşı effektiv müqavimət mexanizmidir

Amerikalı mütəxəssis İran və Venesuela arasındakı həmrəyliyin ABŞ sanksiyalarına qarşı effektiv rol oynadığını qeyd edib. Rik Sterlinq deyib: “İranın Venesuela ilə xüsusən neft və qaz sektorunda iqtisadi həmrəyliyi və fikir mübadiləsi ABŞ-ın qeyri-insani sanksiyalarına qarşı müqavimət göstərməsinə böyük təsir göstərdi”.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Rik həmçinin Venesueladakı parlament seçkilərinin nəticələrini ABŞ-ın Venesuela və Latın Amerikası siyasətinə böyük zərbə kimi qiymətləndirib. O, İranın Venesuela hökumətinə texniki və mühəndislik sahədə yardımının davam etməsinə və ölkəyə yanacaq tədarükünə toxunaraq belə deyib: “İranın dəstəyi, şübhəsiz ki, Venesuela xalqı üçün çox vacib və dəyərlidir”. Son aylarda Ağ Ev rəhbərliyinin birtərəfli sanksiyalarına və təxribatçı hərəkətlərinə baxmayaraq, İran Venesuela xalqını yanacaqla təmin etmək üçün Latın Amerikası ölkəsinə bir neçə tanker göndərdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − nine =