Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.
“Ölkə.Az”ın oxu.az-a istinadən məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov təqaüdə göndərilib.
Hazırda onun vəzifəsi müavini, polis polkovniki Arzu Məmmədova həvalə edilib.