Vilayət Eyvazovdan yeni TƏYİNAT
Qazax Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən polis mayoru Yusifzadə Çingiz Əşrəf oğlu Qazax RPŞ-nin İstintaq Bölməsinin rəisi vəzifəsindən azad olunaraq həmin şöbənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
BAKU.WS