Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Bayram İlqar oğlu vəzifəsindən azad edilib.

O, nazirin digər əmri ilə Qazax RPŞ-yə eyni vəzifəyə təyin olunub.

Bundan başqa, Şəmkir RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Hüseynov Musa Yusif oğlu vəzifəsindən azad edilib. O, Qazax RPŞ-də eyni vəzifəyə təyinat alıb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 1 =