Vitaliy Kliçko Ukrayna rəhbərliyini avtoritarizmə yönəlməkdə ittiham edir

Vitaliy Kliçko Ukrayna rəhbərliyini avtoritarizmə yönəlməkdə ittiham edir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Kiyev meri və boks əfsanəsi Vitaliy Kliçko Telegram kanalında paylaşdığı mesajda Ukrayna rəhbərliyini müharibədən istifadə edərək avtoritar idarəçiliyə yönəlməkdə günahlandırıb.

Kliçkonun bəyanatına görə, hökumət münaqişəni bəhanə gətirərək korrupsiyaya qarşı mübarizə institutlarını zəiflətmək, yerli özünüidarəetməni ləğv etmək, jurnalistlər və fəalları susdurmaq istiqamətində addımlar atır.

O, bu cür addımların demokratik dəyərlərə zidd olduğunu və ölkənin siyasi azadlıqları baxımından ciddi təhdid yaratdığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 9 =