Vladimir Putin Bəşər Əsədi təbrik etdi

Vladimir Putin Bəşər Əsədi təbrik etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Çin və Rusiya hökumətləri, Suriya Prezidenti Bəşar Əsədi seçki qələbəsi münasibətilə təbrik edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian cümə günü Əsədi təbrik edərək deyib: ” Çin və Suriya yaxşı ənənəvi dostlardır. Çin Suriyanı suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruması yolundakı addımlarını qətiyyətlə dəstəkləyir.”

Rusiya Dövlət Başçısı Vladimir Putin də bir mesajında ​​Bəşar Əsədi Suriya seçkilərindəki qələbəsi münasibətilə təbrik edib və Moskvanın terrorla mübarizə, siyasi sabitliyin möhkəmləndirilməsi və yenidən qurulma işlərində Dəməşqi dəstəklədiyini vurğulayıb.

Suriya parlamentinin sədri cümə axşamı günü Bəşar Əsədin prezident seçkilərində 95%-dən çox səslə qalib gəldiyini elan etdi.

Suriya parlamentinin sədri Həmudə Səbbaq, seçki nəticələrini elan edən bir mətbuat konfransında, prezident seçkilərində 14 milyon 239 min suriyalının iştirak etdiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − five =