Vladimir Putin KTMT-nin növbədənkənar sammitində iştirak edəcək

Vladimir Putin KTMT-nin növbədənkənar sammitində iştirak edəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sammitinə videokonfrans formatında qatılacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bildirilib ki, sessiyada 2022-ci il sentyabrın 15-də KTMT-nin Ermənistana göndərilmiş missiyasının işinin yekunu ilə bağlı müzakirə planlaşdırılıb.

Qeyd olunub ki, toplantıda Ermənistana yardım göndərilməsi üzrə birgə tədbirlərə də baxılacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 15 =