Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı baş tutub
Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Telefon söhbətində Dağlıq Qarabağdakı vəziyyət, həmçinin Ermənistandakı daxili siyasi vəziyyət müzakirə edilib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya sülhməramlılarının səyləri sayəsində bölgədəki vəziyyətin sabit və sakit qaldığı məmnuniyyətlə qeyd edilib”, məlumatda deyilir.
Tərəflər həmçinin enerji sektorunda ikitərəfli əməkdaşlığı da müzakirə edib. İyunda keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ermənistanda daxili siyasi vəziyyətin inkişafına dair də fikir mübadiləsi aparılıb.
Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Salamnews