Vyana qorxu içində: Kilsələrə hücum gözlənilir

Vyana qorxu içində: Kilsələrə hücum gözlənilir

Publika.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsi hücum təhlükəsi ilə bağlı ipuçlarının əldə edildiyi və Vyananın əsas nöqtələrində təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə görüldüyü barədə məlumat paylaşıb.

Bildirilib ki, Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsində hücumun ekstremist qruplar tərəfindən planlaşdırıldığına dair məlumatlar var və hadisələrin inkişafı ilə bağlı vətəndaşlara məlumat veriləcək.

Açıqlamada Vyanada həssas yer və obyektlərə qarşı intensiv tədbirlərin nə qədər davam edəcəyinin hələlik məlum olmadığı, təhlükəsizlik qüvvələrinin foto və ya videolarının paylaşılmaması, həmçinin həqiqətə uyğun olmayan şayiələrin yayılmaması ilə bağlı xəbərdarlıq edilib.

Publika. az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =