Vyanada karantin rejimi uzadıldı

Vyanada karantin rejimi uzadıldı

Avstriya rəhbərliyi epidemioloji vəziyyətə görə Vyanada karantin müddətini 2 may tarixinə qədər uzadıb.

Vyana meri Mixael Lüdviq ötən gün keçirdiyi mətbuat konfransında paytaxtda tətbiq olunan karantin müddətinin 2 may tarixinədək uzadılacağını bildirib. Bununla belə 26 apreldə məktəblərdə əyani təhsilin başlaması planlaşdırılır.

Lüdviqin sözlərinə görə, hazırda paytaxt xəstəxanalarında yoluxma sayının artması ilə əlaqədar yer çatışmazlığı yaranıb. Belə ki, hazırda xəstəxanalarda 778 koronavirus xəstəsi müalicə olunur, onlardan 245-i reanimasiya şöbəsindədir.

Mer may ayından etibarən ictimai iaşə sahəsində məhdudiyyətlərin yumşaldıla biləcəyini də əlavə edib.

Qeyd edək ki, bu günə qədər Avstriyada koronavirusa 578 min 950 yoluxma faktı qeydə alınıb.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =