Vyetnam İranın Oman sularında humanist davrandığını bəyan etdi

Vyetnam İranın Oman sularında humanist davrandığını bəyan etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Vyetnam ötən ay Oman körfəzində İran qüvvələri tərəfindən saxlanılan neft tankeri ekipajlarından məlumat almaq üçün İranla müzakirələr aparır.

Vyetnam Xarici İşlər Nazirliyi saxlanılan “MV Southys” tankerinin bütün ekipaj üzvlərinin sağlamlıq vəziyyətinin normal olduğunu və İranın onlara qarşı humanist rəftarı barədə açıqlama verib.

Vyetnam Xarici İşlər Nazirliyinin sözçüsünün müavini bu barədə deyib: “Vyetnam hakimiyyəti hadisələri izləməyə, İran hakimiyyəti ilə yaxından əməkdaşlıq etməyə davam edir və bu problemi qanuni yolla həll etməyə çalışır.”

O, həmçinin qeyd edib: “Tankerin kapitanı Vyetnamın İrandakı səfirliyinə gəminin bütün 26 ekipaj üzvünün tibbi xidmətlər aldıqlarını və hazırda onların səhhətinin yaxşı olduğunu bildirib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 13 =