Washington Post: ABŞ Qəzzada atəşkəs üçün yekun razılaşmanı təqdim edəcək

Washington Post: ABŞ Qəzzada atəşkəs üçün yekun razılaşmanı təqdim edəcək

Amerikanın Vaşinqton Post qəzeti xəbərində yazıb: Amerika yaxın həftələrdə Qəzzada yekun atəşkəs razılaşmasını təqdim edəcək və iki əsas tərəf bunu qəbul edə bilməsə, ABŞ-ın rəhbərlik etdiyi danışıqlara son verə bilər.

Vaşinqton Post qəzeti mövzunun həssaslığına görə adının çəkilməsini istəməyən Amerika hökumətinin yüksək səviyyəli rəsmisinə istinadən yazıb və əlavə edib: ABŞ bu razılaşmanı Misir və Qətərlə müzakirə edib.

Bu qəzet Amerika rəsmilərinə istinadən əlavə edib ki, Co Bayden administrasiyasının Qəzzada atəşkəs rejiminə əməl etmək və əsirləri azad etmək üçün aylarla davam edən səyləri bazar günü İsrail rejiminin bir amerikalı da daxil olmaqla altı məhbusun cəsədini tapmasından sonra yeni aktuallıq qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 7 =