Washington Post qəzeti İsrailin İranın hücumundan qorxması ilə bağlı xəbər yayıb

Washington Post qəzeti İsrailin İranın hücumundan qorxması ilə bağlı xəbər yayıb

 Amerika mediaları İsrail rejimi və müttəfiqlərinin İranın böyük və mürəkkəb hücumu ilə üzləşə bilməməsi barədə geniş məlumatlar dərc edirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Washington Post qəzeti dünən axşamkı (8 avqust) sayında yazıb: İsrail rejimi qırıcıları yanacaqla təmin etməkdən, hava hücumundan müdafiə sistemlərini yerləşdirməkdən Vaşinqtonla koordinasiyaya qədər İranın genişmiqyaslı hücumuna hazırlaşsa da onların narahatlıq hissi də günü-gündən çoxalır. Bu isə onların İranın 13 aprel “Doğru Vəd” əməliyyatından sonra Amerikanın bölgədəki ərəb müttəfiqlərinin müdafiə dəstəyinin olmamasından irəli gəlir.

Məlumata görə, DoğruVəd əməliyyatında İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İsraillə gizli ittifaqı üzə çıxıb. Washington Postun yazdığına görə, bu koalisiya guya İranın raket və pilotsuz təyyarələrini ələ keçirib məhv etməkdə sionist rejimə kömək edib.

Washington Post daha sonra yazıb: Doğru Vəd əmliyyatından 4 ay keçdi və İranın İsmayil Həniyyənin qətlinə sərt reaksiya verməsi ilə eyni vaxtda İsrail regionda təcrid olunmuş bir vəziyyətə düşüb. Bu isə hərbi analitiklərin fikrincə, İsrailin ciddi təhlükə altında olduğunu göstərir.Çünki ABŞ-ın dəstəyi olsa belə, İsrailin müdafiə sistemlərinin genişmiqyaslı və koordinasiyalı hücumla tam öhdəsindən gələ bilməyəcəyi ilə bağlı narahatlıqları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =