“Washington Times”: Sanksiyalar çökməkdədir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Amerika qəzeti, ABŞ-ın İrana tətbiq olunan sanksiyaların cilovunu itirdiyini yazıb.
“Washington Times” belə davam edib: “Sanksiyaların çökməsinin açıq əlamətləri görsənir. Bayden vəzifəyə gəldikdən sonra Çinin İrandan neft alışının üç qat artması, rəsmi Tehrana xarici təzyiqlərdən qurtulmaq üçün yeni bir maliyyə yolu verib.”
Qəzet həmçinin qeyd edib ki, Çin indi açıq şəkildə bu sanksiyalarla oynayır. Tehran isə Baydenin İranın əvvəlcə öz öhdəliklərinə qayıtması tələbinə məhəl qoymamaqdadır.