“WhatsApp” yazışmaları necə ələ keçirilir? – VİDEO

“WhatsApp” yazışmaları necə ələ keçirilir? – VİDEO

Publika.az xəbər verir ki, informasiya texnologiyaları üzrə ekspert Elçin Məmmədov deyir ki, “WhatsApp-Plus” proqramı işlədən şəxslərin yazışmalarını əldə etmək mümkündür. Bəs adi “WhatsApp” tətbiqindən istifadə edənlərin SMS-lərini izləmək olarmı?

Mütəxəssis hesab edir ki, məsafədən kiminsə telefonuna müdaxilə edib, onun “WhatsApp” yazışmalarını əldə etmək mümkün deyil. Proqramın yaradıcıları “WhatsApp”da yeni xidmətlər əlavə edərkən bəzi funksiyaların istifadəsini nəzərə almayıb. Belə ki, proqramın veb versiyasının imkanları ilə başqa bir telefonun kodunu sistemə tanıdaraq həmin hesaba giriş etmək mümkündür. Veb versiyadan yalnız kompüterlər üçün istifadə edilsə də, mobil qurğular üçün də bunu tətbiq etmək olar. Xüsusi olaraq məhz bunun üçün hazırlanan bir proqram vasitəsi ilə başqasının “WhatsApp” hesabına bir neçə saniyədə daxil olamaq mümkündür. Bəs “WhatsApp”ı izlənən şəxslər bunu necə müəyyən edə bilərlər?

Mütəxəssis bu suala da aydınlıq gətirib.

Vəkil Anar Ramazanov isə bildirir ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirməyən şəxsin gizli qaydada başqasının telefonuna müdaxilə edərək “WhatsApp” yazışmalarını əldə etməsi cinayət əməlidir. Onun sözlərinə görə, bu hal qanunla tənzimlənir və bunu edənlər istintaqa cəlb olunurlar.

Qeyd edək ki, DTX “WhatsApp” yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri ifşa edib.

Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − two =