Windows 10 üçün daha yeni funksiyaları təqdim etməyəcək

Windows 10 üçün daha yeni funksiyaları təqdim etməyəcək

Formal olaraq Windows 10-un dəstəyi 2025-ci ildə yekunlaşdırılacaq. Lakin Microsoft şirkəti bildirib ki, o, sözügedən əməliyyat sistemi üçün funksional yenilənmələri artıq təqdim etməyəcək.

Lent.az xarici KİV-ə istinadən Windows 10 üçün nəzərdə tutulmuş yenilənmələrin yol xəritəsi internetdə ortaya çıxıb. Həmin yol xəritəsində Windows 10-un dəstəyinin nə zaman dayandırılacağını görmək olar. Beləiklə ortaya çıxmış yol xəritəsinə əsasən Windows 10-un dəstəyi 14 oktyabr 2025-ci il tarixində dayandırılacaq.

Həmin vaxta kimi isə əməliyyat sistemi hər ay yalnız təhlükəsizlik yenilənmələrini əldə edəcək. Bu isə o deməkdir ki, şirkət Windows 10-da artıq yeni funksiyaları reallaşdırmayacaq. Bu səbəbdən də Microsoft istifadəçilərə Windows 11-ə keçid etməyi məsləhət görür. Qeyd etmək lazımdır ki, Windows 10 əməliyyat sistemi 2015-ci ildə istifadəyə verilmişdi. Əməliyyat sisteminin hal hazırda aktual olan versiyası isə istifadəçilərə 1 il yarım bundan öncə təqdim olunmuşdu.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 2 =