WSJ: İsrailin Suriya planı ölkəni federasiyaya çevirməkdir

Wall Street Journal yazır ki, İsrailin Suriyadakı planı ölkəni zəif mərkəzi hökumətə malik yarı müstəqil dövlətlər federasiyasına çevirməkdir.
Suriyada Heyət Təhrir əş-Şam (HTŞ) kimi qruplardan istifadə edərək Müqavimət Oxunun İsraillə regional müharibəyə girməsinə mane olmağa çalışanların gec-tez birbaşa İsraillə qarşı-qarşıya qalacaqları bildirilir.
“Wall Street Journal” (WSJ) qəzetinin yazdığına görə, İsrailin beynəlxalq güclərə təzyiq edərək tətbiq etdiyi Suriya planı ölkəni zəif mərkəzi hökumətə malik yarı müstəqil dövlətlər federasiyasına çevirməyi hədəfləyir.
Bu plan xüsusilə İsrail sərhədinə yaxın ərazilərdə yerli hökumətlərə daha çox səlahiyyət verilməsini nəzərdə tutur.
ABŞ-ın İsraildəki keçmiş səfiri Daniel Şapiro qəzetə verdiyi açıqlamada İsrail ordusunun Suriya ərazilərindəki işğal və müdaxiləsini davam etdirəcəyi təqdirdə İsrailin Suriyanın daxili siyasətində mühüm aktyora çevrilməsinin qaçılmaz olduğunu vurğulayıb.
Şapiro qeyd edib ki, bu vəziyyət regionda gərginliyi daha da artıra bilər.
Wall Street Journal mənbələrə istinadən xəbər verir ki, İsrailin Suriyanın şimalındakı druzlara kömək etmək üçün 1 milyard dollardan çox pul xərclədiyi iddia edilir .
Bu yardımın bölgədəki yerli dinamikaya təsir edə biləcəyi və İsrailin Suriyada təsirini artırmaq cəhdi kimi qiymətləndirilə biləcəyi bildirilir.