Xəbərdarlıq dövrü bitdi: Ordumuz Qarabağda hərəkətə keçdi

Xəbərdarlıq dövrü bitdi: Ordumuz Qarabağda hərəkətə keçdi



Azərbaycan bu qanunsuz əməllərə son qoyulması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Lakin nə ermənilər, nə Ermənistan, nə də Rusiya sülhməramlıları bu xəbərdarlıqların heç birinə əməl etmədi. Hətta Rusiya sülhməramlıları qanunsuz daşımaların həyata keçirilməsini birbaşa mühafizə edirdi.

Artıq xəbərdarlıq dövrü başa çatdı. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Bu açıqlamadan iki nəticə çıxır:

Birincisi, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb;
İkincisi, bu, Azərbaycan ordusunun birbaşa Laçın yolunda praktiki addımlar atmasıdır: bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və yoldan qeyri-qanuni məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini əyani şəkildə nümayiş etdirdi;
Üçüncüsü, artıq xəbərdarlıqlar dövrü başa çatdı: bundan sonra qanunsuz fəaliyyətlərin qarşısı birbaşa müdaxilə ilə alınacaq;

Ordumuz gördüyü tədbirlər nəticəsində separatçı-terrorçuların Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhdinin də qarşısı alınıb. Bu da xəbərdarlıq dövrünün başa çatdığı və birbaşa müdaxilə dövrünün başlandığının daha bir nümunəsidir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − sixteen =