Xərçəng və dəri xəstəliklərinin müalicəsində təsirli olan altı İran dərmanının təqdimatı keçirilib

Xərçəng və dəri xəstəliklərinin müalicəsində təsirli olan altı İran dərmanının təqdimatı keçirilib

Pərdis texnologiya parkında keçirilən startap sənayesi üzrə dördüncü milli tədbirdə xərçəng və dəri xəstəliklərinin müalicəsində təsirli olan İranın altı dərman və üç maddəsinin təqdimatı olub.

Tehranın şimal-şərqində yerləşən Pərdis texnologiya parkına üzv şirkətlərdən olan «Biofermentasiya» startap şirkət sözügedən məhsulların istehsalçısıdır. Təqdimat mərasimində şirkətin xas dərmanların istehsalı sahəsindəki fəaliyyətinə işarə edən icra direktoru Səhər Bəhməni deyib: Düzgün istehsal üsulu və qaydalar üzrə sertifikatın əldə olunması, həmçinin bu istehsal xəttinin istifadəyə verilməsi sayəsində, birinci ildə ölkə ehtiyacının böyük bir hissəsinin təmin olunmasından əlavə, qırx üç milyon dollardan yuxarı valyuta qənaəti əldə ediləcək.

İmmunitet sistemini gücləndirmək üzrə «Hair-vit» dərmanı və dəmir çatışmazlığından qaynaqlanan anemiyanın  qarşısını almaq üzrə «Biobion» dərmanı dünən təqdim olunan digər məhsullardan olublar.

Həmçinin İran istehsalı olan tibbi avadanlıqlar üzrə daimi sərgidə tam İran məhsulu olan cərrahiyyə otağının təqdimatı olub.

Hal-hazırda İrana lazım olan tibb avadanlıqlarının doxsan faizi ölkə daxilində istehsal olunur. Belə ki, son illərdə açılan bütün xəstəxanalar tam İran məhsulu olan avadanlıqlarla təchiz ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − eight =