Xəritədə qəribə tapıntı: Suda nəhəng kəllə sümüyünə bənzər görüntü ortaya çıxdı

Xəritədə qəribə tapıntı: Suda nəhəng kəllə sümüyünə bənzər görüntü ortaya çıxdı

Sosail şəbəkə istifadəçiləri “Google Maps”da Kanadanın Kormorant adasının şimal sahillərində kəlləni xatırladan sualtı forma aşkar ediblər.

Forma Alert-Bay kəndi yaxınlığında, xəritə 180° çevrildikdə daha aydın görünür. Görüntü qum təpəsinin konturlarını xatırladır və bəzilərinə görə, bu UFO və ya yadplanetlilərlə əlaqəli ola bilər.

Artıq bir sıra mütəxəssislər bununla bağlı açıqlama veriblər.

“UFO Sightings Daily” saytının qurucusu Skott Uorinq bu formanın qədim yadplanetlilər tərəfindən “biz buradaydıq” mesajı olaraq yaradıldığını iddia edib.

Lakin bəzi alimlər bunun daha sadə izahı olduğunu deyirlər. Onların sözlərinə görə bu hal pareydoliya adlanır – bu, insan beyninin tanış şəkilləri (xüsusilə üzləri) ətraf mühitdə – buludlarda, daşlarda, kölgələrdə tanımaq meyilidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =