Xətibzadə: `Əfqanıstanda bütün qüvvələri əhatə edən dövlət təşkil edilməlidir`
“İran Əfqanıstanda əhatəli və bütün qüvvələrin ola biləcəyi dövlətin təşkil edilməsini istəyir.”
İSNA xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mətbuat konfransında deyib bildirib.
Onun sözlərinə görə, İran Əfqanıstanda cərəyan edən prosesləri izləyir və burada bütün tərəflərlə təmasdadır.
“Əfqanıstan böhranının hərbi həlli yoxdur. Bütün qüvvələr zorakılığı kənara qoyaraq, müzakirələrlə ixtilafların həllinə nail olmalıdırlar. İran bu müzakirələrə şərait yaratmağa hazırdır. İran Əfqanıstan xalqının yanındadır və ölkədə hakimiyyətin dinc şəkildə ümumxalq və əhatəli dövlətə dövr edilməsini alqışlayır”, deyə Səid Xətibzadə vurğulayıb.
Faktxeber