Xətibzadə: Qüdsün qəsbkarlarına qarşı mübarizə Fələstin xalqının qanuni haqqıdır

Xətibzadə: Qüdsün qəsbkarlarına qarşı mübarizə Fələstin xalqının qanuni haqqıdır

İran dövlət departamentinin sözçüsü İsrailin aparteid rejimi ilə əlaqələrin normallaşdırılmasını işğal olunmuş Fələstin ərazilərində sionist zorakılığı təşviq edən və gücləndirən amil kimi qiymətləndirib və deyib:

Qüds və Fələstini qəsb edənlərə qarşı mübarizə Fələstin xalqının təbii və qanuni haqqıdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sionistlərin Məscidül-Əqsaya təkrar hücumunu və İsrail qüvvələrinin Fələstinin müqəddəs məkanlarının ibadətçiləri və müdafiəçilərinə qarşı vəhşicəsinə həmləsini pisləyib.

İşğal və işğalçılar məhvə doğru gedir, Qüds və Fələstin işğalçılarına qarşı mübarizə Fələstin xalqının təbii və qanuni haqqıdır.

Dövlət Departamentinin sözçüsü İsrailin işğal olunmuş Fələstin ərazilərində aparteid təcavüzünün artdığını qeyd edib.

O, xalqları, hökumətləri və regional və beynəlxalq forumları Fələstin xalqına özlərini müdafiə etmək və sionist işğalçılarla qarşıdurmada kömək etməyə çağırıb.

Xətibzadə sonda Fələstinin müdafiəsi və Məscidül-Əqsanın xilası üçün İslam dünyasının birliyinin zəruriliyini vurğulayaraq, İsrailin aparteid rejimi ilə əlaqələrin normallaşdırılmasını işğal olunmuş Fələstin ərazilərində sionist zorakılığı təşviq edən və gücləndirən amil kimi qimətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =