Xəzər dənizində zəlzələ olub
Oktyabrın 24-də Xəzər Dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə bildirilib ki, yerli vaxtla saat 07:38-də qeydə alınan zəlzələnin ocağı 61 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 4,2-yə bərabər olub.
BAKU.WS