Xəzərdə zəlzələ olub
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 19:48-də qeydə alınıb. Zəlzələ 3,5 maqnitudada baş verib. Zəlzələ ocağı 25 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, martın 23-də də Xəzərdə zəlzələ olub. Yeraltı təkanlar saat 08:31-də 3,1 bal gücündə qeydə alınıb.
Apa