Xəzərdə zəlzələlərlə bağlı açıqlama

Xəzərdə zəlzələlərlə bağlı açıqlama

Xəzər dənizində baş verən zəlzələlərlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) açıqlama yayıb.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, zəlzələlərinin olması ərazinin seysmikliyi ilə əlaqədardır:

“Xəzər dənizi seysmik aktiv olan bölgələrdən biridir. Xəzərin Azərbaycan sektorunda müxtəlif dərinliklərdə çoxsaylı zəlzələ ocaqları var. Odur ki, vaxtaşırı Xəzərdə zəlzələlərin olması gözləniləndir və ərazinin seysmikliyi ilə bağlıdır.

Xəzərdə baş verən zəlzələlərin quru ərazilərə təsirinə gəlincə, zəlzələ sahilyanı zonaya yaxın ərazidə baş verərsə və ocağın dərinliyi Yer səthinə yaxın olarsa, (12-15 km-ə qədər) zəlzələ hiss oluna bilər. Bu gün baş verən zəlzələrin maqnitudası aşağı olub və zəlzələ ocağı 62 km. dərinlikdə yerləşib”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =