Xaçmazda xarici ölkə vətəndaşı qəzaya düşüb
Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə Gəndob-Xaçmaz-Rusiya magistral yolunun Qusarçay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR-la “VAZ-2106” markalı minik avtomobilinin toqquşması nəticəsində TIR-ın sürücüsü, İran İslam Respublikasının vətəndaşı, 1982-ci il təvəllüdlü Roxrsanavoz Mehri Hüseyn Bəhram oğlu və “VAZ-2106”nın sürücüsü Salayev Çingiz Ağayar oğlu xəsarət alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Report