Xanım Fatimeyi-Zəhranın (s) şəhadətinin ikinci gecəsinin matəm mərasimi İnqilab Rəhbərinin hüzurunda keçirilib

Xanım Fatimeyi-Zəhranın (s) şəhadətinin ikinci gecəsinin matəm mərasimi İnqilab Rəhbərinin hüzurunda keçirilib

İmam Xomeyni (r.ə) Hüseyniyyəsində İnqilabın Ali Məqamlı Rəhbərinin hüzurunda xanım Fatimeyi-Zəhranın (s) şəhadəti ilə bağlı matəm mərasiminin ikinci gecəsi keçirilib.

Bu mərasim pandemiya şəraitinin nəzərə almaq və sağlamlıq prosedurlarına tam riayət etmək məqsədi ilə kütlənin iştirakl olmadan, yalnız bir xətib və məddahın  çıxışı ilə keçirilib.

Bu mərasimdə Höccətül-İslam vəl-müsəlman Rəfii çıxışında Qərbdən fərqli olaraq İslamın qadına bir əşya və əmtəə kimi baxmadığını vurğulayaraq deyib:

İslam təhsil, mədəniyyət və səhiyyə kimi faydalı və konstruktiv sahələrdə qadınların ictimai varlığını təsdiq edir və tarixi sübutlar müsəlman qadınların, o cümlədən, xanım Fatimeyi-Zəhranın (ə) bu sahələrdə iştirakını göstərir. Lakin qadınların ictimai fəallığı şəxsi həyatın toxunulmazlığına və dini sərhədlərə riayət etməklə ailə ocaqlarına zərər verməməlidir.

Həmçinin, bu mərasimdə cənab Meysəm Mütii faciəni xatırladıb və xanım Zəhranın matəmində mərsiyələr deyib.

Bu mərasimlər bazar ertəsindən (4 yanvar) cümə gününə (6 yanvar) məğrib və işa namazlarından sonraya qədər davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − four =