Xaricdə yaşayan yəhudi gənclər Həmasla həmrəylik edir
İsrail rejiminin “Mosaic Unated” tədqiqat mərkəzinin apardığı sorğunun nəticələrinə görə işğal olunmuş ərazilərdən kənarda olan yəhudi gənclərin 32%-i Həmasla həmrəy olduğunu, 36%-i isə Təl-Əvivin hərbi cinayətlər törətdiyinə inandığını elan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, İsrail rejiminin “Mosaic Unated” İnstitutu bu sorğunu sionist rejimin “Diaspora (vətəndən uzaqda olan yəhudilər) və antisemitizmlə mübarizə” Nazirliyi üçün aparıb və onun nəticələri İbrani mediasına çatdırılıb.
Gözləntilərdən uzaq olan bu sorğunun nəticələri bir çox rejim mediası, o cümlədən 14-cü kanal və onu dərc edən “İsrael Hayom” qəzeti bunun çox narahatedici olduğundan təəsüfləndiklərini deyiblər.