Xarici İşlər naziri BƏƏ-yə getdi

Xarici İşlər naziri BƏƏ-yə getdi

İran İslam Respublikasının Xarici İşlər naziri Birləşmiş Ərəb Əmirliklərinin yüksək səviyyəli rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün bazar ertəsi, mayın 12-də axşam saatlarında Əbu-Dabiyə gəlib.

Bu səfər zamanı Seyid Abbas Əraqçi Baş nazirin müavini və Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed Ali-Nəhyan və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti Şeyx Mənsur bin Zayed Ali-Nəhyan ilə görüşəcək, ikitərəfli əlaqələr, regional və beynəlxalq hadisələri müzakirə edəcək və fikir mübadiləsi aparacaq.

Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Baqai bu xəbərlə bağlı bazar günü, mayın 11-də bildirib: “Bu səfər İran İslam Respublikasının qonşuları ilə davam edən məsləhətləşmələri çərçivəsində baş tutur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − ten =