Xarici İşlər naziri Ər-Riyada gəldi – Qəzzə və Livan Əraqçinin danışıqlarının əsas mövzusu
İran İslam Respublikasının Xarici İşlər naziri bir neçə dəqiqə əvvəl Ərəbistan rəsmilərinin rəsmi qarşılaması ilə Ər-Riyada gəlib.
Bu gün (çərşənbə, oktyabrın 9-da) günortadan sonra Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşmək və məsləhətləşmələr aparmaq üçün bu ölkəyə yola düşən ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi bir neçə dəqiqə əvvəl Ər-Riyada gəlib və Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən qarşılanıb.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Hamane, daha əvvəl X sosial şəbəkəsindəki şəxsi hesabında paylaşdığı mesajda bildirmişdi: “Xarici İşlər naziri Əraqçi İsrailin törətdiyi soyqırımı və hücumlarını dayandırmaq, Qəzzə və Livanda qardaş və bacılarımızın iztirablarını azaltmaq məqsədilə İran İslam Respublikasının region ölkələri ilə diplomatik məsləhətləşmələri və koordinasiyası çərçivəsində bu gün Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək.”